​Peskov:"İstintaq Nemtsovun xanımının da roluna aydınlıq gətirməlidir"

​Peskov:"İstintaq Nemtsovun xanımının da roluna aydınlıq gətirməlidir" Kremlin mətbuat katibi: "İstintaqın nəticələrinə dair rəsmi orqanların açıqlamalarını gözləməliyik"
Region
28 Fevral , 2015 10:33
​Peskov:İstintaq Nemtsovun xanımının da roluna aydınlıq gətirməlidir

Bakı. 28 fevral. REPORT.AZ/ "İstintaq Nemtsovun xanımının da roluna aydınlıq gətirməlidir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, rusiyalı siyasətçi Boris Nemtsov Moskvanın mərkəzində öldürülən zaman onu müşahidə edən qızın da rolu araşdırılmalıdır.

"Biz bilirik ki, o, bir qızla olub. Ona görə də həmin qızın rolu ilə bağlı istintaqın nəticələrinə dair rəsmi orqanların açıqlamalarını gözləməliyik", - Kreml təmsilçisi bildirib.

Son xəbərlər

Orphus sistemi