Yuxarı

​Dmitri Peskov:"Çanaqqala döyüşünün yubiley tədbirlərində Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti iştirak edəcək"

Vladimir Putinin İrəvana səfəri ilə bağlı məsələ əvvəlki kimi müzakirə olunur

Bakı. 9 aprel. REPORT.AZ/ Çanaqqala döyüşünün 100 illiyinə həsr olunan tədbirlərdə Rusiya yüksək səviyyədə təmsil olunacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya Federasiyası türkiyəli həmkarlarımızın Çanaqqalada təşkil etdiyi memorial tədbirlərdə yüksək səviyyədə təmsil olunacaq", - D.Peskov qeyd edib.

O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri ilə bağlı məsələ əvvəlki kimi müzakirə olunur: "Biz bu barədə əlavə məlumat verəcəyik". 

Xatırladaq ki, bu il aprelin 24-də Türkiyədə Çanaqqala döyüşünün 100-cü ildönümü beynəlxalq səviyyədə təntənəli şəkildə qeyd olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi