​Pentaqon: Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməlidir

​Pentaqon: Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməlidir "Türklər, prinsip etibarı ilə bunu etməyə razılaşıblar"
Region
21 Avqust , 2015 02:11
​Pentaqon: Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməlidir

Bakı. 21 Avqust. REPORT.AZ/ "Türkiyə "İraq-Şam İslam Dövləti" (İŞİD) qruplaşmasına qarşı anti-terror əməliyyatlarına qoşulmalıdır".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında sualları cavablandıran Pentaqon rəhbəri Eşton Karter bildirib.

"Biz istəyirik ki, Türkiyə İŞİD-ə qarşı mübarizədə daha çox səy göstərsin. Sizin konkret sualınız Türkiyənin /beynəlxalq anti-terror/ koalisiyasının hərbi hava əməliyyatlarına qoşulması ilə bağlı oldu. Türklər, prinsip etibarı ilə bunu etməyə razılaşıblar. İndi onlar anti-terror əməliyyatlarına qoşulmalı və onda iştirak etməlidirlər".

Karter bunu "ABŞ-ın Türkiyədən istəklərinin yalnız bir hissəsi adlandırıb və Türkiyənin bunu etməyə hazır olduğunu bildirib".

Son xəbərlər

Orphus sistemi