Pekində Putin və Ərdoğan arasında qısa söhbət olub

Pekində Putin və Ərdoğan arasında qısa söhbət olub Görüş "Bir kəmər – bir yol" forumunun kuluarlarında baş tutub
Region
14 May , 2017 10:07
Pekində Putin və Ərdoğan arasında qısa söhbət olub
RİA Novosti

Bakı. 14 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən "Bir kəmər – bir yol" forumunun kuluarlarında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə söhbət edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Putin Türkiyə prezidenti Ərdoğan ilə qısaca danışıb. Bu yaxınlarda baş tutan Soçi dialoqunun davam etdirilməsi də söhbət mövzusu olub", - deyə Peskov jurnalistlərə bildirib.

Son xəbərlər

Orphus sistemi