​Pavel Astaxov: "Bir ildə Rusiyada 2553 uşaq öldürülüb"

​Pavel Astaxov: "Bir ildə Rusiyada 2553 uşaq öldürülüb" O deyib ki, 2016-cı ildə itkin düşən uşaqların axtarışı ilə bağlı bölgələrdə milli mərkəzin təmsilçiliyi yaradılacaq
Region
27 May , 2015 18:57
​Pavel Astaxov: Bir ildə Rusiyada 2553 uşaq öldürülüb

Bakı. 27 may. REPORT.AZ/ Ötən il Rusiyada 2,5 mindən çox uşaq öldürülüb, 10 minə yaxın uşaq isə itkin düşüb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti yanında uşaqların hüquqları üzrə mərkəzin səlahiyyətlisi Pavel Astaxov "Uşaqların marağı naminə fəaliyyət" milli strategiya proqramı çərçivəsinin toplantısında bildirib.

"Hər il yüz minə yaxın uşağın cinayət qurbanı olduğu etiraf edilir. 2014-cü ildə 9 090 uşaq itkin düşüb. 2013-cü illə müqayisədə ötən il qətlə yetirilən və həlak olanların sayı da çoxalıb. Belə uşaqların sayı ilbəil artmaqdadır. 2014-cü ildə 2 553 uşaq öldürülüb. Bu bizim ölkə üçün həddindən çoxdur", - o vurğulayıb.

Onun sözlərinə görə, itkin düşən uşaqların axtarışında könüllülərin rolu böyükdür.

Pavel Astaxov deyib ki, 2016-cı ildə bölgələrdə itkin düşən uşaqların axtarışı üzrə milli mərkəzin təmsilçiliyi yaradılacaq. 

Son xəbərlər

Orphus sistemi