Nikol Paşinyanın partiyasından olan deputat mandatdan imtina edib

Nikol Paşinyanın partiyasından olan deputat mandatdan imtina edib Ermənistanın hakim “Mənim addımım” Partiyasından olan deputat Narine Xaçaturyan (Tuxikyan) mandatdan imtina edib.
Region
31 May , 2019 12:28
Nikol Paşinyanın partiyasından olan deputat mandatdan imtina edib

Ermənistanın hakim “Mənim addımım” Partiyasından olan deputat Narine Xaçaturyan (Tuxikyan) mandatdan imtina edib. 

“Report” “Panorama.am”a istinadən xəbər verir ki, o, istefa ərizəsini parlament rəhbərliyinə təqdim edib.

Qanunverici orqanın sədri Ararat Mirzoyanın sözlərinə görə, N.Xaçaturyan bir həftə ərzində ərizəsini geri götürməzsə, bu onun deputat səlahiyyətlərindən imtinası kimi qəbul olunacaq.

N.Xaçaturyan deputat mandatından imtina etməsinin səbəbini açıqlamayıb. 

Qeyd edək ki, “Mənim addımım” Partiyasının lideri Ermənistanın baş naziri Nikol Paşinyandır. 

Son xəbərlər

Orphus sistemi