Paşinyanın alyansı Yerevanın şəhər şurası seçkilərində qalib gəlib

Paşinyanın alyansı Yerevanın şəhər şurası seçkilərində qalib gəlib Bakı. 24 sentyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib.
Region
24 Sentyabr , 2018 06:26
Paşinyanın alyansı Yerevanın şəhər şurası seçkilərində qalib gəlib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib.

“Report” erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Komissiyanın məlumatına görə, “Mənim addımım”seçki bloku seçicilərin 81,06 faizinin səsini toplayıb. Rəsmi məlumatda bildirilir ki, 475 seçki məntəqəsinin hamısının bülletenlərinin hesablanmasına əsasən “Mənim addımım” 370,3 min seçicinin 294109 nəfərinin səsini toplayb.

Nəticələrə görə ikinci yerdə Qaqik Çarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb. Partiya 6,95 faiz (25219 səs) toplayıb. Seçkilərdə qalib gəlmək uğrunda 12 partiya və blok mübarizə aparıb. 

Qeyd edək ki, seçkilərdə kütləvi qanun pozuntuları qeydə alınıb. Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti ötən gün saat 13:00-dək 132 müraciətin daxil olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi