Paşinyan: "Etiraz aksiyaları davam edəcək"

Paşinyan: "Etiraz aksiyaları davam edəcək" Bakı. 24 aprel. REPORT.AZ/ Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bildirib ki, ölkənin yeni dövlət başçısı hakim partiyadan deyil, xalq arasından seçilməlidir.
Region
24 Aprel , 2018 23:45
Paşinyan: Etiraz aksiyaları davam edəcək

Bakı. 24 aprel. REPORT.AZ/ Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bildirib ki, ölkənin yeni dövlət başçısı hakim partiyadan deyil, xalq arasından seçilməlidir.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

O, qeyd edib ki, yaxın vaxtlarda parlamentə növbədənkənar seçkilər keçirilməlidir. Bu tələblər yerinə yetirilənə qədər aksiyaçılar küçələrdə qalacaqlar.

Bildirilir ki, Paşinyan bu barədə ölkənin baş naziri vəzifəsinin səlahiyyətlərini müvcəqqəti icra edən Karen Karapetyanla sabah - çərşənbə günü nəzərdə tutulan görüş ərəfəsində bildirib. Paşinyanın rəhbərlik etdiyi partiyanın mətbuat katibi Tiqran Avinyan isə bildirib ki, tərəflər arasında görüş təxirə salınıb. Onun nə vaxt baş tutacağı isə məlum deyil. 

Son xəbərlər

Orphus sistemi