Paşinyan Ermənistan ordusunda “əməliyyata” başlayır

Paşinyan Ermənistan ordusunda “əməliyyata” başlayır Ermənistan hökuməti silahlı qüvvələrdə qeyri-döyüş itkilərinin artmasına dair aparılan müzakirələrdən sonra kadr dəyişiklikləri də daxil olmaqla bəzi qərarlar verib.
Region
18 Fevral , 2020 13:35
Paşinyan Ermənistan ordusunda “əməliyyata” başlayır

Ermənistan hökuməti silahlı qüvvələrdə qeyri-döyüş itkilərinin artmasına dair aparılan müzakirələrdən sonra kadr dəyişiklikləri də daxil olmaqla bəzi qərarlar verib.

“Report” xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində yazı paylaşıb.

Belə ki, ötən gün keçirilən müşavirə zamanı baş nazir “silahlı qüvvələrdəki kriminal davranışlar və intizam” ilə bağlı problemlərin həllini ən mühüm məsələ olduğunu bildirərək, hərbi intizamın səviyyəsini xeyli yüksəltmək üçün silsilə tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Hökumət başçısı bununla bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Ölkə KİV-nin yazdığına görə, ilin əvvəlindən qeyri-döyüş şəraitində azı 15 hərbi qulluqçu ölüb.

Son xəbərlər

Orphus sistemi