Partlayış zamanı Rumıniyanın sabiq baş naziri Atatürk Hava Limanında olub

Partlayış zamanı Rumıniyanın sabiq baş naziri Atatürk Hava Limanında olub Klaus Yohannis: “Rumıniya terrorizmə qarşı mübarizədə etibarlı tərəfdaş olaraq qalmaqdadır”
Region
29 İyun , 2016 13:40
Partlayış zamanı Rumıniyanın sabiq baş naziri Atatürk Hava Limanında olub

Buxarest. 29 iyun. REPORT.AZ/ “Çərşənbə axşamı İstanbulda törədilən terror hadisəsi vəhşilikdir”.

“Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis ötən gün İstanbulun Atatürk hava limanında baş verən terror aktı ilə əlaqədar Türkiyəyə ünvanladığı başsağlığı məktubunda bildirib.

Məktubda dövlət başçısı, həmçinin bu cür hadisələrin qarşısının alınması və ölkəsinin terrorizmə qarşı beynəlxalq mübarizədə etibarlı tərəfdaş olduğunu bir daha vurğulayıb.

Rumıniya Xarici İşlər İdarəsinin yaydığı məlumatda isə bildirilir ki, ötən gün Atatürk hava limanında törədilən partlayış nəticəsində ölən və yaralılar arasında hələ ki, rumın vətəndaşları yoxdur. Terror aktı zamanı hava limanında 20 rumın ailəsi olub. 40 rumın vətəndaşı isə konsulluq dəstəyinə ehtiyac duyduqları üçün Rumıniyanın İstanbuldakı baş konsulluğuna müraciət edib.

Rumıniyanın sabiq baş naziri Viktor Ponta isə öz "facebook" səhifəsində yazıb ki, ötən gün hava limanında baş verən partlayış zamanı o da aeroportda olub. “Dünən axşam İstanbuldan Buxarestə təyyarə reysimiz var idi. Bizi müşayiət edən avtomobil yenicə Atatürk hava limanının girişinə yaxınlaşırdı ki, dərhal geriyə dönüb hava limanından uzaqlaşdıq” - deyə, V. Ponta bildirib. 

Son xəbərlər

Orphus sistemi