Yuxarı

Parlamentin vitse-spikeri: "Ermənistan AİB-dən çıxmaq niyyətində deyil"

Naqdalyan: Ermənistanın AİB-dən çıxması haqqında deyilənlər əsassız və əsaslandırılmamışdır

Bakı. 15 aprel. REPORT.AZ/ "Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq niyyətində deyil". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin vitse-spikeri Ermine Naqdalyan deyib.

"Ermənistanın AİB-dən çıxması haqqında deyilənlər əsassız və əsaslandırılmamışdır. Biz AİB-dən çıxış məsələsinin aktual olduğunu hesab etmirik", - deyə E.Naqdalyan bildirib.

Xatırladaq ki, dünən qərbyönlü "Azad demokratlar" müxalifət partiyasının sədri, Ermənistan Milli Məclisinin deputatı Xaçatur Kokobelyan parlamentə "Ermənistan Respublikasının Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünə vaxtından əvvəl xitam verilməsi haqqında" bəyanat layihəsi təqdim etmişdi. Bəyanat layihəsində AİB-ə daxil olmağın Ermənistan üçün təcrid edilmə və xarici investisiyaların azalmasıyla nəticələndiyi bildirilib.

Qeyd edək ki, AİB Gömrük İttifaqı və Vahid İqtisadi Məkan əsasında yaradılmış və 1 yanvar 2015-ci ildən fəaliyyət göstərən beynəlxalq iqtisadi inteqrasiya birliyidir. Birliyin üzvləri sırasında Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan yer alır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi