Parlamentdə terror törədən erməni məhbusun anasına dələduzluq edən 5 aydır tapılmır

Parlamentdə terror törədən erməni məhbusun anasına dələduzluq edən 5 aydır tapılmır Tereza adlı qadın pulu aldıqdan sonra aradan çıxıb
Region
10 Dekabr , 2016 11:50
Parlamentdə terror törədən erməni məhbusun anasına dələduzluq edən 5 aydır tapılmır

Bakı. 10 dekabr. REPORT.AZ/ Ermənistan parlamentində terror törədən məhbuslardan birinin anasından dələduzluq yolu ilə 12 min dollar pul alınıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məsələ ilə bağlı Yerevanın Arabkir və Kanaker-Zeytun rayonlarının məhkəməsində bu il iyulun 7-də açılan iş hələ də araşdırılır.

Tereza adlı bir qadın parlamentdəki terror aktına görə, ömürlük azadlıqdan məhrum edilən Eduard Qriqoryanın anasından dələduzluq yolu ilə 12 min dollar pul alıb.

Xəbərdə bildirilib ki, o, məhbusun anasına oğlunu amnistiyaya düşməsinə yardım edəcəyini boyun olub.

Məlumata görə, Tereza adlı qadın pulu aldıqdan sonra aradan çıxıb. Onun yeri haqda məlumatın ollmadığı bildirilir.

Qeyd edək ki 1999-cu il oktyabrın 27-də Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı  güllələyib.

Silahlı dəstənin başçısı isə keçmiş jurnalist, Daşnaksutyun Partiyasının sabiq üzvü, 34 yaşlı Nairi Hunanyan olub.

Son xəbərlər

Orphus sistemi