Yuxarı

Pan Gi Mun Türkiyədə törədilən terror aktlarını pislədi

BMT-nin baş katibi İstanbulun Sarıyer rayonundakı ABŞ konsulluğuna edilən basqından narahatdır

Bakı. 10 avqust. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun İstanbulun Sarıyer rayonundakı ABŞ konsulluğuna edilən basqını pisləyib.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Pan Gi Mun diplomatik missiyanın hədəf alınmasını qətiyyətlə pisləyib və bunun iyrənc bir hərəkət olduğunu bildirib.

BMT-nin baş katibi, həmçinin Türkiyənin müxtəlif şəhərlərində törədilən terror aktları nəticəsində ölənlərin yaxınlarına, türk xalqına və Türkiyə hökümətinə baş sağlığı verib.

Qeyd edək ki, konsulluğa hücumu iki qadın törədib. Yaralı olaraq, təslim olan qadınlardan birinin şəxsiyyəti məlum olub. 51 yaşında Xədicə Aşıq terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası -Cəbhəsinin (DHKP-C) üzvüdür. Bildirilir ki, o, 2005-ci ildən terroçu-kamikadze kimi axtarışda olub.

ABŞ Türkiyədə konsulluq xidmətini dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi