Pan Gin Mun: "MDB ilə əməkdaşlığın dərinləşdirilməsi zəruridir"

Pan Gin Mun: "MDB ilə əməkdaşlığın dərinləşdirilməsi zəruridir" "Sülh və təhlükəsizliyə təhlükə sahəsində ümumi öhdəliklər üzərində işləmək vacibdir"
Region
28 Oktyabr , 2016 21:52
Pan Gin Mun: MDB ilə əməkdaşlığın dərinləşdirilməsi zəruridir

Bakı. 28 oktyabr. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun MDB, KTMT və ŞƏT regional təşkilatları ilə dialoq və əməkdaşlığın dərinləşdirilməsini zəruri hesab edir.

"Report" xəbər verir ki, o bunu cümə günü BMT Təhlükəsizlik Şurasının BMT-nin regional təşkilatlar ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə iclasında bildirib.

Pan Gi Mun BMT-nin MDB, KTMT və ŞƏT ilə terrorçuluqla mübarizə məsələləri üzrə əməkdaşlığını, onların BMT-nin Mərkəzi Asiyada əks-terror strategiyasında fəal iştirakı və dəstəyini qeyd edib.

O, narkotik trafiki və qeyri-leqal miqrasiya ilə mübarizə, həmçinin sülhməramlılıq sahəsində qarşılıqlı fəaliyyəti xüsusi qeyd edib. Baş katib BMT-nin bu məhsuldar tərəfdaşlığın gücləndirilməsinə sadiq olduğunu bildirib.

"Strateji dialoqu dərinləşdirmək, ümumi yanaşmaları yaranan böhranlara uyğunlaşdırmaq və sülh və təhlükəsizliyə təhlükə sahəsində ümumi öhdəliklər üzərində işləmək vacibdir", - deyə Pan Gi Mun əlavə edib.

Son xəbərlər

Orphus sistemi