Pan Gi Mun Tacikistanda səfərdədir

Pan Gi Mun Tacikistanda səfərdədir Ölkədə "Həyat üçün su" beynəlxalq konfransı keçirilir
Region
9 İyun , 2015 10:23
Pan Gi Mun Tacikistanda səfərdədir

Bakı. 9 iyun. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Tacikistanda səfərdədir.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

O, "Həyat üçün su" beynəlxalq proqramın fəaliyyətə başlamasının 10 illiyinə həsr edilən beynəlxalq konfransda iştirak edəcək. Tədbir üç gün sürəcək.

BMT-nin baş katibi Tacikistan prezidenti Emomali Rəhmon, xarici işlər naziri Sirociddin Aslovla görüşəcək.

Qeyd edək ki, beynəlxalq konfrans "Həyat üçün su" adlı beynəlxalq proqramın 10 illik fəaliyyət (2005-2015)" proqramının nəticələrinə həsr edilib.

Konfransda BMT-yə 99 üzv-dövlətin nümayəndəsi, habelə 50 beynəlxalq və regional təşkilatın, eləcə də su problemləri ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir.

Bu tədbirlə paralel olaraq, Tacikistan paytaxtı Düşənbədə "Uşaq su forumu" da keçirilir. Həmin yığıncağa dünyanın 13 dövlətindən böyüklərin 100 təşikaltının nümayəndəsi qatılıb. Forumda Azərbaycandan da nümayəndələr iştirak edir. Toplantıda su ilə təchizatın problemləri və onların uşaqlara təsiri problemləri müzakirə olunur. 

Son xəbərlər

Orphus sistemi