​Pakistanda partlayış, ölkədə üçgünlük matəm elan olunub - YENİLƏNİB

​Pakistanda partlayış, ölkədə üçgünlük matəm elan olunub - YENİLƏNİB Hadisənin məsuliyyətini hələlik üzərinə götürən yoxdur
Region
30 Yanvar , 2015 17:24
​Pakistanda partlayış, ölkədə üçgünlük matəm elan olunub - YENİLƏNİB

Bakı. 30 yanvar. REPORT.AZ/ Pakistanın cənubunda Sind əyalətinin Şikarpur əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb, yaralananların sayı isə 55 nəfərdir. 

"Report"un Pakistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Şikarpur əyalətinin xəstəxanasının nümayəndəsi bildirib. 

Məlumatda qeyd olunub ki, artıq ölənlərdən 46 nəfərinin kimliyi müəyyənləşdirilib, qalan 3 nəfərin isə şəxsiyyəti dəqiqləşdirilir.  

Baş verən hadisə ilə bağlı ölkədə üçgünlük matəm elan olunub. 

***

Pakistanın cənubunda Sind əyalətinin Şikarpur əyalətində baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

"Report" "DAWN"a istinadən xəbər verir ki, partlayış məsciddə baş verib.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Hadisənin məsuliyyətini hələlik üzərinə götürən yoxdur.

Son xəbərlər

Orphus sistemi