Pakistanda FETÖ ilə əlaqəli özəl məktəb və kolleclər bağlanacaq

Pakistanda FETÖ ilə əlaqəli özəl məktəb və kolleclər bağlanacaq Bu təhsil müəssisələrində 1500-dən çox müəllim çalışıb və 11 mindən çox şagird təhsil alıb
Region
2 Avqust , 2016 11:05
Pakistanda FETÖ ilə əlaqəli özəl məktəb və kolleclər bağlanacaq

Bakı. 2 avqust. REPORT.AZ/ Pakistanda Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəli təhsil müəssisələrini bağlayacaqlar.

"Report" "Yeni Akıt"a istinadən xəbər verir ki, Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən ilə əlaqəsi olan özəl məktəb və kolleclər bağlanacaq. Bu təhsil ocaqları Pakistanda "Pakturk" brendi altında fəaliyyət göstərirdi.

Qeyd edək ki, bu təhsil müəssisələrində 1500-dən çox müəllim çalışıb və 11 mindən çox şagird təhsil alıb.

Buna qədər analoji təhsil müəssisələri Somalidə bağlanmışdı.

Son xəbərlər

Orphus sistemi