Pakistan və İranın Hərbi Dəniz Donanması Hörmüz boğazında birgə təlimlər keçirir

Pakistan və İranın Hərbi Dəniz Donanması Hörmüz boğazında birgə təlimlər keçirir Pakistanın Hərbi Dəniz Donanmasının iki gəmisi aprelin 16-da İranın Bəndər-Abbas limanına yan alıb
Region
19 Aprel , 2016 12:43
Pakistan və İranın Hərbi Dəniz Donanması Hörmüz boğazında birgə təlimlər keçirir

Bakı. 19 aprel. REPORT.AZ/ Pakistan və İran körfəzdə, Hörmüz boğazı ərazisində hərbi dəniz qüvvələrinin birgə təlimlərini keçirir.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, təlimlər bir gün davam edəcək. 

Məlumata görə, təlimlər ölkələrin Hərbi Dəniz Qüvvələrinin birgə fəaliyyəti çərçivəsində keçirilir.

Qeyd edək ki, təlimlərdə iştirak edən Pakistanın Hərbi Dəniz Donanmasının iki gəmisi aprelin 16-da İranın Bəndər-Abbas limanına yan alıb. 

Son xəbərlər

Orphus sistemi