Özünü ekstrasens kimi təqdim edən Allan Çumak Moskvada vəfat edib

Özünü ekstrasens kimi təqdim edən Allan Çumak Moskvada vəfat edib O, ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində televiziya senasları ilə SSRİ-nin ən məşhur ekstrasenslərindən birinə çevrilib
Region
10 Oktyabr , 2017 11:12
Özünü ekstrasens kimi təqdim edən Allan Çumak Moskvada vəfat edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Özünü şəfaverici və ekstrasens adlandıran Allan Çumak ömrünün 83-cü ilində Moskvada vəfat edib.

"Report" xəbər verir ki, bu barədə ukraynalı jurnalist Dmitri Qordon məlumat verib.

Qeyd edək ki, A.Çumak ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində televiziya senasları ilə SSRİ-nin ən məşhur ekstrasenslərindən birinə çevrilib. O, teleseanslar zamanı bir söz demədən təkcə studiyada yox, həm də ekran qarşısında əyləşən tamaşaçıların müxtəlif substansiyalarını - su, kremlər, mazlar və s. əl hərəkətləri ilə "müsbət enerji ilə doldurardı". 

Son xəbərlər

Orphus sistemi