Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutulub

Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutulub Onun üzərindən 72 qram tiryək aşkarlanaraq müsadirə edilib
Region
19 Avqust , 2017 12:35
Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutulub

Bakı. 19 avqust. REPORT.AZ/ Özbəkistanın Səmərqənd şəhərinin sakini Şəmşi Ahrorov Məkkəyə tiryək və xarici valyuta aparmaq istəyərkən tutulub.

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, o, Özbəkistan Gömrük Komitəsinin əməkdaşları tərəfindən Səmərqənd hava limanında saxlanılıb.

Zəvvarın üzərindən 72 qram tiryək və 5722 dollar, eləcə də başqa dövlətlərin milli valyutaları aşkarlanaraq müsadirə edilib. 

Son xəbərlər

Orphus sistemi