Yuxarı

Özbəkistanın yeni prezidenti MDB-nin inkişaf etdirilməsinin vacibliyini bəyan edib

Bu barədə MDB icrayə katibi Sergey Lebedev məlumat verib

Bakı. 6 dekabr. REPORT.AZ/ Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin qorunub saxlanılmasının və fəaliyyətinin təkmilləşdirilməsinin, gələcək inkişafının vacibliyini vurğulayıb.

“Report” RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə MDB icrayə katibi Sergey Lebedev məlumat verib.

“Yeni seçilmiş prezidentlə bizim çox uzunmüddətli və əhatəli söhbətimiz oldu. Prezident vurğuladı ki, ondan əvvəlki prezident İslam Kərimovun MDB formatının qorunması və möhkəmlənməsi istiqamətində həyata keçirdiyi kursu davam etdirəcək, Özbəkistan Birlik çərçivəsində inteqrasiya proseslərinə aktiv cəlb olunacaq”, - Mirziyoyev vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi