Özbəkistanda qarşıdakı prezident seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilib

Özbəkistanda qarşıdakı prezident seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilib Seçkilərdə müşahidəçi qismində Azərbaycan MM-in deputatları və MSK nümayəndələri də iştirak edəcəklər
Region
19 Fevral , 2015 13:37
Özbəkistanda qarşıdakı prezident seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilib

Bakı. 19 fevral. REPORT.AZ/ "Özbəkistanda martın 29-da keçiriləcək prezident seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilib. Artıq prezidentliyə 3 namizəd seçicilərlə görüşlər keçirməyə başlayıb". "Report" xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfirliyində keçirilən brifinq zamanı səfirliyin müşaviri Cahongir Aminov bildirib. 

O qeyd edib ki, namizədlərə seçkiqabağı təşviqat aparmaq üçün 900 dəqiqəlik televiziya vaxtı ayrılıb. Müşavir, həmçinin bildirib ki, seçkilərlə əlaqədar 9058 seçki məntəqəsi təşkil olunub ki, onlardan 44-ü xaricdə fəaliyyət göstərəcək: "Özbəkistanın Azərbaycandakı səfirliyində 5 saylı seçki məntəqəsi səhər saat 6-dan axşam saat 8-ə qədər seçicilərə xidmət göstərəcək. Səfirlikdə konsulluq qeydiyyatında hazırda 360 Özbəkistan vətəndaşı var. Ümid edirəm ki, Azərbaycanda fəaliyyət göstərəcək məntəqədə 200-dən artıq insan səsvermədə iştirak edəcək. İnanırıq ki, 80% seçici bizdə səs verəcək", - müşavir vurğulayıb. 

C.Aminov bildirib ki, seçkilərə müşahidəçi kimi 300-dən artıq KİV nümayəndəsi akkreditasiya olunub: "Bundan başqa, Azərbaycan Milli Məclisinin deputatları, MSK və KİV nümayəndələri də müşahidəçi qismində seçkilərdə iştirak edəcəklər".

Qeyd edək ki, Özbəkistan prezidenti ölkənin Konstitusiyasındakı dəyişikliklərə əsasən 5 il müddətinə seçilir. 2007-ci ildəki son prezident seçkilərində hazırkı dövlət başçısı İslam Kərimov 90% səs toplayaraq qələbə qazanıb.

2015-ci ildə baş tutacaq prezident seçkilərində öz namizədliyini hazırkı prezident İslam Kərimov (Özbəkistan Liberal-Demokrat partiyası), Hətəmjon Ketmonov (Özbəkistan Xalq Demokrat partiyası), Akmal Saidov ("Milliy Tıklanış" partiyası) və Nəriman Umarov ("Adolat" partiyası) irəli sürüblər. 

Son xəbərlər

Orphus sistemi