Yuxarı
    Bağlamaq

    Özbəkistanda prezident seçkisinin təbliğat kampaniyası başlayıb

    Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır

    Bakı. 3 noyabr. REPORT.AZ/ Özbəkistanda dekabrın 4-də keçiriləcək prezident seçkisinin təbliğat kampaniyası başlayıb.

    “Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır.

    Hazırda prezidentin səlahiyyətlərini icra edən baş nazir Şavkat Mirziyoyevnın namizədliyini Özbəkistan Liberal–Demokrat Partiyası, ölkə parlamentinin Aşağı Palatası sədrinin müavini Sərvər Otamuradovun namizədliyini “Milli Dirçəliş” Milli-Demokrat Partiyası irəli sürüb.

    Xəbərə əsasən, Özbəkistan Xalq Demokrat Partiyasının sədri Xatamjon Ketmonov və “Adolot” Sossial–Demokrat Partiyasının lideri Narimon Umarov da prezidentliyiə namizəddirlər.

    Namizədlər artıq proqramlarını açıqlayıb və seçicilərlə görüşlərə başlayıblar. Bu kampaniya dekabrın 2-də başa çatacaq.

    Məlumata görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Özbəkistanda prezident seçkisinin müşahidə etmək üçün paytaxt Daşkənddə rəsmi ofisinin açıb. Peter Teylerin başçılıq etdiyi müşahidə missiyasına 15 ekspert daxildir. Bundan başqa 20 nəfər seçkini uzunmüddətli, 250 nəfər isə qısamüddətli müşahidə edəcək. Ekspertlər və müşahidəçilər ATƏT-ə üzvü olan 21 dövlətdən seçilib.

    Qeyd edək ki, Özbəkistanın ilk prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında vəfat edib. O, 1989-cu ildən ölkəyə rəhbərlik edirdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi