Yuxarı

Özbəkistanda koronavirusa yoluxanların sayı artdı

Özbəkistanda koronavirusa yoluxanların sayı artdı

Özbəkistanda son sutkada 21 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

“Aprelin 9-na olan məlumata görə, Özbəkistanda koronavirusa yoluxanların sayı 555 nəfər təşkil edir”, - nazirliyin “Telegram” kanalında bildirilib.

Yoluxma faktları stasionar şəraitdə karantin altında olan vətəndaşlarda qeydə alınıb.

Ötən gün ölkədə koronavirusa yoluxanların sayı 534 nəfər idi. Bu rəqəm gün ərzində daha 11 nəfər artaraq 545 nəfərə yüksəlib.

Qeyd edək ki, Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda koronavirusa ilk yoluxma faktı martın 15-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 519 000-i ötüb. Bunların 330 697 nəfəri sağalıb, 88 518 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi