Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat azadlığa buraxılıb

Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat azadlığa buraxılıb O, müxalifətdə olan “Ərk” Partiyasını maliyyələşdirməkdə ittiham edilib
Region
25 Noyabr , 2016 17:17
Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat azadlığa buraxılıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat Samandar Kukanov azadlığa buraxılıb.

“Report” “Ferqane”yə istinadən xəbər verir ki, 72 yaşlı S.Kukanov keçmiş Özbəkistan Ali Sovetinin deputatı olub.

O, ötən gün həbs müddəti başa çadığı üçün azadlığa çıxıb.

Samandar Kukanov 1945-ci ildə Cizak vilayətinin Feriş rayonunda doğulub. 1989-cu ildə ölkənin indiki Baş naziri Şavkat Mirziyoyevlə birlikdə eyni çağırışda Özbəkistan Ali Sovetinə deputat seçilib. S.Kukanov 1992-ci ildə iqtisadi cinayətlərdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulub. O, müxalifətdə olan “Ərk” Partiyasını maliyyələşdirməkdə ittiham edilib. 

Son xəbərlər

Orphus sistemi