Yuxarı

Özbəkistan və Tacikistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb

Özbəkistan və Tacikistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb

Bakı. 17 avqust. REPORT.AZ/ Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Tacikistan prezidenti Emoməli Rəhmon Daşkənddə ölkələr arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

E.Rəhmon sazişin iki ölkə arasındakı əlaqələrdə əsas və baza sənədi olacağını bildirib. Ş.Mirziyoyev isə, öz növbəsində, rəsmi Daşkəndin iki ölkənin xalqları arasında sarsılmaz dostluq körpüsünün tam gücləndirilməsi üçün hər cür səyləri göstərməyə davam edəcəyini açıqlayıb.

Xatırladaq ki, Tacikistan prezidenti E.Rəhmon özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə 17 il ərzində ilk dəfə Özbəkistana gedib. Bu ilin yazında isə Özbəkistan prezidenti tarixdə ilk dəfə Tacikistana dövlət səfəri edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi