Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulmaq istəyir

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulmaq istəyir Bakı. 3 sentyabr. REPORT.AZ/ Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TDƏŞ) qoşulmaq niyyətindədir.
Region
3 Sentyabr , 2018 10:09
Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulmaq istəyir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TDƏŞ) qoşulmaq niyyətindədir.

"Report" Qırğızıstan Teleqraf Agentliyinə (KyrTAG) istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində bildirib.

"Bugünkü sammitin Türkdilli ölkələrin çoxəsrlik dostluq səviyyəsini daha bir pillə yüksəldəcəyinə və onun yeni səhifəsini açacağına əminəm. TDƏŞ üzv dövlətlərin adından aramızda olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi salamlamaq istəyirəm. Özbəkistanın TDƏŞ-ə üzv dövlət kimi qoşulmaq niyyətini qeyd və dəstəkləmək istəyirəm. Bu addım ittifaqımızın genişləndirilməsi üçün əlverişli şərait yaradacaq, beynəlxalq arenada onun nüfuzunu artıracaq", - Sooronbay Jeenbekov deyib.

Qırğız lideri həmçinin fəxri qonaq kimi sammitdə iştirak edən Macarıstanın Baş naziri Viktor Orbanı salamlayaraq, Macarıstanın bugünkü sammitdə TDƏŞ-də müşahidəçi statusu alacağını söyləyib.

Son xəbərlər

Orphus sistemi