Yuxarı
    Bağlamaq

    Özbəkistan “TransXəzər” Beynəlxlaq nəqliyyat marşrutuna qoşula bilər

    Tərəflər Özbəkistanın idaxlat və ixracat mallarının bu marşrutu üzrə daşına biləcəyini müzakirə ediblər

    Bakı. 24 fevral. REPORT.AZ/ Özbəkistan “TransXəzər” Beynəlxlaq nəqliyyat marşrutuna qoşula bilər.

    “Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu “Qazaxıstan dəmiryolları” milli şirkətinin mətbuat xidmətinin yaydığı məlumat bildirilib.

    İnformasiyaya əsasən, Özbəkistanda səfərdə olan şirkətin prezidenti Kanat Alpısbayev “Özbəkistan dəmiryolu” Səhmdər Cəmiyyətinin rəhbərliyi ilə dəmiryol nəqliyyatının gələcəkdə qarşılıqlı inkişafını müzakirə edərkən, bu barədə danışıblar. Tərəflər Özbəkistanın idaxlat və ixracat mallarının Aktau və Kurık limanları arasında "TarnsXəzər" Beynəlxalq nəqliyyat marşrutu üzrə daşına biləcəyini müzakirə ediblər.

    Xatırladaq ki, "TransXəzər" Beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürücstan, Türkiyə və Avropanı əhatə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi