Yuxarı
    Bağlamaq

    Gülnarə Kərimova həbs olunub - ƏLAVƏ OLUNUB

    O, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunur

    Bakı. 28 iyul. REPORT.AZ/ Özbəkistan prokurorluğu mərhum prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimova barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Özbəkistan Baş Prokurorluğunun mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı idarəsi bildirib.

    O, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunur.

    TASS Özbəkistan Baş prokurorluğuna istinadən məlumat yayıb ki, Özbəkistanın keçmiş prezidentinin qızına qarşı 2015-ci ildə ittiham irəli sürülüb və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda həbsdədir. Açıqlamada bildirilib ki, Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakının mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi