Özbəkistan prezidentinin qızı atasının tezliklə sağalmasını arzulayıb

Özbəkistan prezidentinin qızı atasının tezliklə sağalmasını arzulayıb Ötən gün dünyanın bəzi informasiya vasitələri onun vəfat etdiyi haqda xəbər yaymışdı
Region
31 Avqust , 2016 12:38
Özbəkistan prezidentinin qızı atasının tezliklə sağalmasını arzulayıb

Bakı. 31 avqust. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimovun qızı Lola Kərimova - Tillyayeva ölkəsinin müstəqilliyinin 25-ci ildönümü təbrikində atasının tezliklə sağalmasını da arzulayıb.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu haqda Lola Kərimova -Tillyayeva "Instagram"dakı səhifəsində yazıb.

Xatırladaq ki, ölkə prezidenti, 79 yaşlı İslam Kərimov avqustun 28-də xəstəxanaya yerləşdirilib. Ötən gün dünyanın bəzi informasiya vasitələri onun vəfat etdiyi haqda xəbər yaymışdı.

Qeyd edək ki, sentyarbın 1-də Özbəkistan müstəqilliyinin 25-ci ildönümünü bayram edəcək. 

Son xəbərlər

Orphus sistemi