Özbəkistan prezidenti Türkiyəyə gedib

Özbəkistan prezidenti Türkiyəyə gedib Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkiyənin paytaxtı Ankarada səfərdədir.
Region
19 Fevral , 2020 17:21
Özbəkistan prezidenti Türkiyəyə gedib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkiyənin paytaxtı Ankarada səfərdədir.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Özbəkistan rəhbərini türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Prezident administrasiyasında onun şərəfinə rəsmi qarşılanma mərasimi təşkil olunub.

Qeyd olunub ki, dövlət başçılarının təkbətək görüşü keçiriləcək. 

Onlar Yüksək Səviyyəli Strateji Şura Toplantısı və anlaşmaların imza mərasimindən sonra ortaq mətbuat konfransı keçirəcəklər. Özbəkistan prezidentinin şərəfinə şam yeməyi təşkil olunacaq. Bundan başqa, Özbəkistan prezidenti Türkiyənin ən böyük Millət Kitabxanasının da açılışında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi