Yuxarı
    Bağlamaq

    Özbəkistan Maliyyə Nazirliyi baş nazirin birinci müavininin həbsi barədə şayiələri təkzib edib

    Nazirlik: Rüstəm Əzimov iş başındadır

    Bakı. 30 avqust. REPORT.AZ/ Özbəkistan baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov işinin başındadır.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Maliyyə Nazirliyindən bildiriblər.

    "Nazirlik normal qrafikdə işləyir, bütün rəhbərlik işinin başındadır, Rüstəm Sadikoviç (Əzimov - red.) öz otağındadır", - deyə nazirliyin əməkdaşı qeyd edib.

    Xatırladaq ki, bir müddət əvvəl KİV-də Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə bağlı məlumatlardan sonra R.Əzimovun ev həbsinə alındığı barədə informasiya yayılmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi