Yuxarı

Özbəkistan baş nazirinin müavini: “BTQ layihəsi regionlararası əməkdaşlığın yeni faktorudur”

​Özbəkistan baş nazirinin müavini: “BTQ layihəsi regionlararası əməkda

“Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması regionlararası əməkdaşlığın yeni faktorudur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Özbəkistan baş nazirinin müavini Elyor Qəniyev beynəlxalq Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, regiondakı dəniz limanları arasında əlaqələrin gücləndirilməsi bu əməkdaşlığın effektivliyini artırır.

E.Qəniyev deyib ki, BTQ layihəsi Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa subregional nəqliyyat dəhlizinin formalaşdırılması üçün yeni imkanlar yaradır: “Ümid edirik ki, bu dəhliz böyük İpək Yolunda tam yeni şərait yarada biləcək”.

Baş nazirin müavini bildirib ki, Özbəkistan qonşu və tərəfdaş ölkələrlə - Türkmənistan, Azərbaycan, Türkiyə ilə birgə tranzit dəhizinin effektivliyinin artırılması üçün yaxşı şəraitin yaradılmasında maraqlıdır.

O qeyd edib ki, bu baxımdan regiondakı dəmir yolları və dəniz limanlarının böyük potensialı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi