Ötən il Gürcüstanda yanacağın qiymətində 30 faiz bahalaşma qeydə alınıb

Ötən il Gürcüstanda yanacağın qiymətində 30 faiz bahalaşma qeydə alınıb İl ərzində ən çox tütün və alkoqollu içkilərin qiyməti qalxıb
Region
6 Yanvar , 2018 20:23
Ötən il Gürcüstanda yanacağın qiymətində 30 faiz bahalaşma qeydə alınıb

Tbilisi. 6 yanvar. REPORT. AZ/ Keçən il Gürcüstanda bir sıra istehlak mallarının qiymətləri artıb.

“Report”un Gürcüstan bürosu ölkənin Milli Statistika Xidmətinə istinadla xəbər verir ki, 2017-ci ildə avtomobil yanacağının (benzin, dizel və maye qaz) qiymətləri 30 faiz bahalaşıb.

Digər yanacaq növlərində bahalaşma 15 faiz civarında olub.

İl ərzində ən çox tütün və alkoqollu içkilərin qiyməti qalxıb. Yerli istehsal olan tütün məhsullarının qiyməti 45 faiz, xaricdən gətirilən siqaretin qiyməti 32 faiz bahalaşıb. Spirtli içkilərdə bahalaşma 17,5 faiz həddində olub.

Bahalaşan məhsullar sırasında ikinci yerdə yanacaq dayanır.

Səhiyyə xidmətlərində bahalaşma 8,1 faiz olub, ərzaq və spirtsiz içkilərin qiymətləri 7,3 faiz bahalaşıb.

Gündəlik tələbat məhsullarından kartof, pomidor, xiyar, limon, düyü, xama, şəkər, alma və digər məhsulların qiymətlərində artım 17-68 faiz arasında dəyişib.

İl ərzində 6,7 faizlik inflyasiya qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi