Yuxarı
    Bağlamaq

    Ötən il Gürcüstan əhalisinin sayı azalıb

    Ekspert: Əmək qabiliyyətli insanlar iş dalınca Azərbaycana və digər ölkələrə üz tuturlar

    Tbilisi. 30 aprel. REPORT.AZ/ Keçən il Gürcüstan əhalisinin sayında azalma qeydə alınıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

    Məlumatda deyilir ki, əhalinin sayı 2017-ci il yanvarın 1-də 3 milyon 718,2 min nəfər olub. Bu da 2016-ci il 1 yanvar tarixi ilə müqayisədə 0,1 faiz azdır.

    Hesabat dövründə əhalinin ümumi sayında kişilərin sayı 0,1 faiz və ya 1 milyon 781,5 min nəfər artıb, qadınların sayı isə 1 milyon 936,7 min nəfər və ya 0,2 faiz azalıb. Bununla belə qadınlar ümumi əhalinin 52,1 faizini təşkil edir.

    Hesabat dövründə əhalinin 57,2 faizi şəhərlərdə, 42,8 faizi isə kəndlərdə yayıb.

    Ekspertlərin fikrincə, əhalinin sayının azalması gənclərin ailə qurmağa meylli olmaması, boşanmaların sayının artması və insanların iş dalınca başqa ölkələrə köçməsi ilə əlaqədardır.

    Ekspert Soso Mamaladze “Report”a müsahibəsində deyib ki, son illər işsizlik, mənzil problemi səbəbindən gürcü gənclər ailə qurmaq istəmirlər. Ağır sosial iqtisadi vəziyyət səbəbindən boşanmaların da sayı artıb. Bu gün Gürcüstanda əmək qabiliyyətli insanlar iş arxasınca Rusiya, Türkiyə, Azərbaycan, Yunanıstan, Almaniya, ABŞ, Ukrayna, Fransa və digər ölkələrə üz tuturlar. Bu da əhalinin sayının azalmasında öz sözünü deyir.

    Sosioloq Keti Kobiaşvilinin sözlərinə görə, Gürcüstan əhalisinin sayındə azalma bir az da artacaq. Avropa ölkələrinə viza sisteminin sadələşdirilməsi əmək qabiliyyətli insanların emiqrasiyasını sürətləndirəcək. İş arxasınca xaricə gedənlərin bir çoxu geriyə qayıtmaq istəmirlər. Bəziləri də xaricdə ailə həyatı qururlar. Bu da əhalinin sayında azalmaya səbəb olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi