Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən il Ermənistanda 11 hərbçi intihar edib.
Region
15 Yanvar , 2019 13:54

Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən il Ermənistanda 11 hərbçi intihar edib. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

Rəsmi məlumata görə, 2018-ci ildə Ermənstan ordusunun 63 hərbçisi müxtəlif şəraitlərdə ölüb. Onların 27-si əsgər, 23 müqavilə əsasında xidmət edən hərbçi, 2-si gizir, 11-i isə zabitdir.

Ölüm hallarının 38-i xidmət zamanı, 25-i isə xidmətdənkənar baş verib. 

Son xəbərlər

Orphus sistemi