Ötən gün İrəvanın mərkəzində keçirilən mitinqə 10 min adam toplaşıb

Ötən gün İrəvanın mərkəzində keçirilən mitinqə 10 min adam toplaşıb Son on gündə ilk dəfə ənənəvi mitinq etirazçıların rəhbərləri olmadan keçirilib
Region
23 Aprel , 2018 03:17
Ötən gün İrəvanın mərkəzində keçirilən mitinqə 10 min adam toplaşıb
RFE/RL

Bakı. 23 aprel. REPORT.AZ/ Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı İrəvanın mərkəzindəki Respublika meydanında keçirilən mitinqə 10 min etirazçı toplaşıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, son on gündə ilk dəfə olaraq ənənəvi mitinq etirazçıların rəhbərləri olmadan keçirilib.

Hələ şənbə günü Armen Qriqoryan və David Sanasaryan, bazar günü isə deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyan saxlanılıb.

Hələ ki, etirazlara Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqavilə" partiyasının idarə heyətinin üzvü Alen Simonyan rəhbərlik edir. Lakin mitinqdə kimin natiq olacağı hələ ki, aydın deyil.

Son xəbərlər

Orphus sistemi