Ötən ay Gürcüstan Azərbaycandan 2 min tona yaxın neft bitumu idxal edib

Ötən ay Gürcüstan Azərbaycandan 2 min tona yaxın neft bitumu idxal edib Ötən ay Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu tədarük edib.
Region
11 Dekabr , 2019 11:28
Ötən ay Gürcüstan Azərbaycandan 2 min tona yaxın neft bitumu idxal edib

Ötən ay Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Noyabrda Azərbaycanın qonşu ölkənin ümumi neft bitumu idxalındakı payı 14,3% təşkil edib.

Hesabat ayında qonşu ölkənin idxal etdiyi neft bitumunun ümumi həcmi 13,3 min tona bərabər olub ki, bu da aylıq müqayisədə 6,5 min ton azdır.

Ötən ay Gürcüstan Azərbaycanla yanaşı, İran və İraqdan müvafiq olaraq 9,7 min ton və 1,7 min ton neft bitumu alıb.

Yanvar-noyabr aylarında isə Gürcüstan 163,6 min ton neft bitumu idxal edib. Bu həcm illik müqayisədə 70 min ton və ya 74,8% çoxdur.

Son xəbərlər

Orphus sistemi