Yuxarı

Osmanlı sultanının varisi: “İstanbuldakı üçüncü körpüyə babamızın adının verilməsi qürurvericidir”

Abdülhamit Kayıhan Osmanoğlu: “Biz Osmanlının həm qanını daşıyırıq, həm də ruhunu yaşatmağa çalışırıq”

İstanbul. 26 avqust. REPORT.AZ/ “Çox sevincli gün idi, çox qürurlandıq. Bu gözəl körpüyə babamızın adını veriblər. Belə layihələrin davam etməsini arzulayıram”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında 34-cü Osmanlı sultanı II Abdülhamidin (hakimiyyət illəri 1876 –1909) varisi şahzadə Abdülhamit Kayıhan Osmanoğlu bildirib.

O qeyd edib ki, Azərbaycandan, Kiprdən, Makedoniyadan və bir çox başqa ölkələrdən körpünün açılış mərasiminə qonaqlar qatılıblar: “Dostlarımızın bizləri tək buraxmadıqlarına görə qürurlandıq. Biz Osmanlının həm qanını daşıyırıq, həm də ruhunu yaşatmağa çalışırıq. Belə layihələrin olması çox gözəldir, qürurvericidir”.

Abdülhamit Kayıhan Osmanoğlu bildirib ki, Türkiyə dövlətinin Osmanlı sultanlarının adlarını əbədiləşdirilməsi təqdirəlayiqdir: “Zamanında cənab prezidentimiz bu layihə barədə açıqlama vermişdi. Bu da bizi qürurlandırmışdı. Həyata keçirdiyi hər layihədə babalarımızın adını yaşadırsa, bu, lap gözəldir. İnşallah digər layihələrə də başqa babalarımızın adlarını verərlər. Bunu yalnız dəstəkləyə bilərik”.

Xatırladaq ki, ötən gün Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən və IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün açılışı mərasimi keçirilib. Dünyanın ən uzun rels sisteminə malik körpüsünün açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım, 11-ci prezident Abdulla Gül, keçmiş baş nazir Əhməd Davudoğlu, həmçinin bəzi xarici ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri qatılıblar.

Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb. IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”südür. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Köprüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək. Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarlarıicra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilib.

Ekspertlər “Asma körpü”nün İstanbul tıxacını azaldacağı düşünürlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi