Yuxarı
    Bağlamaq

    Oskanyan: "Yeganə çıxış yolu Ermənistan hakimiyyətinin dəyişdirlilməsidir"

    Proses hələ indiki kimi dalana dirənməmişdi

    Bakı. 5 fevral. REPORT.AZ/ "Ermənistan 2015-ci ilə həll edilməyən və dərinləşən çoxsaylı problemlərlə daxil olub".

    "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin keçmiş xarici işlər naziri, "Çiçəklənən Ermənistan" Partiyasından deputat Vardan Oskanyan deyib.

    O, Ermənistan hakimiyyətinin yarıtmazlığından da danışıb: "Qonşu İranla proqramlar kağız üzərində qalıb. Biz Rusiyaya hörməti, Avropaya etibarı itirmişik. Yeganə çıxış yolu hakimiyyətin dəyişdirlilməsidir", - o deyib.

    Keçmiş nazir Dağlıq Qarabağ münaqişəsinin həllinin çətinliyini də vurğulayıb: "Proses hələ indiki kimi dalana dirənməmişdi".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi