Bakı. 2 fevral. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) təcili toplantısının keçirilməsi üçün lazım olan dəstək verilməyib.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Venesuela fevral ayında OPEK-in təcili iclasının çağırılmasını, tədbirdə neftin mövcud ucuz qiyməti ilə bağlı problemin müzakirəsini təklif etmişdi. Təklifi Əlcəzair, Nigeriya və Ekvador dəstəkləyiblər. Bununla belə, toplantının keçirilməsi üçün başqa üzv dövlətlərində razılığı tələb edilir.
Qeyd edək ki, təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. OPEK-ə Anqola, Liviya, Nigeriya, Əlcəzair, İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Ekvador daxildir.