On minlərlə Saakaşvili tərəfdarı Tbilisiyə axın etdi

On minlərlə Saakaşvili tərəfdarı Tbilisiyə axın etdi "Gürcüstanı qısa müddət ərzində qara qüvvələrdən azad edəcəyik"
Region
21 Mart , 2015 20:20
On minlərlə Saakaşvili tərəfdarı Tbilisiyə axın etdi

Bakı. 21 mart. REPORT.AZ/ / Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvilinin on minlərlə tərəfdarı bu gün paytaxt Tbilisinin mərkəzində toplaşaraq mövcud höküməti istefaya çağırdı.

"Report"un "Novosti-Gruziya" saytına istinadən verdiyi xəbərə görə, Saakaşvilini dəstəkləyən müxalif "Vahid Milli Hərəkatı"n təşəbbüsü ilə keçirilən yürüş-mitinq iştirakçıları hökümət nümayəndələrinə simvolik "qırmızı kart" göstərərək, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdi.

Tərəfdarlarına video-yayım vasitəsi ilə müraciət edən M.Saakaşvili, "qısa zaman ərzində Gürcüstanı qara qüvvələrdən azad edəcəklərini" vurğulayıb.

Gürcüstanda 2012-ci ildən bu yana keçirilən ən izdihamlı aksiya insidentsiz yekunlaşıb.

Təşkilatçılar yürüş-mitinqə ən azı 50 insanı qatıldığını, rəsmilər isə bu rəqəmin 10-15 mini keçmədiyini açıqladı. 

Son xəbərlər

Orphus sistemi