Yuxarı
    Bağlamaq

    ​Olli Heinonen: "İran beynəlxalq nüvə mərkəzlərindən biri olacaq"

    AEBA baş direktorunun keçmiş müavini: ABŞ və müttəfiqləri bu sənədi imzalamaqla İranın uranı zənginləşdirmə haqqını tanıdı

    Bakı. 27 aprel. REPORT.AZ/ "Yaxın zamanda İran beynəlxalq nüvə mərkəzlərindən biri olacaq". "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktorunun keçmiş müavini Olli Heinonen bildirib.

    Tehranda keçirilən "Bölgədə geopolitik dəyişiklər kölgəsində fürsətlər və təhdidlər" beynəlxalq konfransda iştirak edən O.Heinonen İranın nüvə proqramı ilə bağlı aprelin 2-də İsveçrədə imzalanan razılaşma sənədinə də münasibət bildirib. Onun sözlərinə görə, AEBA-nın müfəttişləri İranın bir çox nüvə obyektlərini təftiş edib: "ABŞ və müttəfiqləri bu sənədlə İranın uranı zənginləşdirmə haqqını tanıdı".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi