"Okean Elzı" qrupunun lideri partiya yaratdığını elan edib

"Okean Elzı" qrupunun lideri partiya yaratdığını elan edib Musiqiçi, Ukraynanın Okean Elzı rok qrupunun lideri Svyatoslav Vakarçuk siyasi karyeraya başladığını və partiya yaratdığını elan edib.
Region
16 May , 2019 14:25
Okean Elzı qrupunun lideri partiya yaratdığını elan edib

Musiqiçi, Ukraynanın "Okean Elzı" rok qrupunun lideri Svyatoslav Vakarçuk siyasi karyeraya başladığını və partiya yaratdığını elan edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

V.Vakarçukun sözlərinə görə, məhz Ali Radada ölkədəki əsas dəyişikliklər baş verir. Yeni partiyaya "Səs" adlanacaq, müğənni bu partiya ilə qarşıdakı parlament seçkilərində iştirak edəcək.

Qeyd edək ki, daha əvvəl sosioloji sorğularda V.Vakarçuk bu il martın 31-də keçirilmiş prezident seçkilərində potensial namizəd kimi göstəriblər. Müğənni uzun müddət siyasi fəaliyyəti ilə bağlı planlarını açıqlamasa da, yanvarın sonlarında rəsmi olaraq prezident vəzifəsinə iddia etməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi