Yuxarı
    Bağlamaq

    Odessada yüklərin Rusiyadan yan keçməklə Avropaya daşınması üçün bərə keçidləri tikiləcək

    Saakaşvili: Azərbaycandan Potidən keçməklə Odessayadək olan bütün logistika 9 günə bərabərdir

    Bakı. 10 İyun. REPORT.AZ/ Odessa vilayət dövlət administrasiyasının sədri Mixail Saakaşvili idarəçiliyində olan ərazidə yüklərin Rusiyadan yan keçməklə Avropaya daşınması üçün bərə keçidləri tikmək planlarının olduğunu bildirib.

    "Report" xəbər verir ki, bu barədə Odessa şəhərinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

    "Yüklər Rusiyadan 30 günə daşınır. Azərbaycandan Potidən keçməklə Odessaya qədər olan bütün logistika 9 günə bərabərdir. Biznesi bura yönləndirmək üçün, ilk növbədə daşınma tariflərini aşağı salmaq lazımdır. Qiymətlər çox yüksəkdir. İkincisi, bərə keçidləri, logistika mərkəzləri lazımdır", — deyə Saakaşvili bildirib.

    O, həmçinin qeyd edib ki, artıq bərələrin inşasına və yüklərin daşınmasına hazır olduqlarını bildirən sərmayədarlar var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi