Ukraynada həbsxanadan kütləvi qaçış baş verib

Ukraynada həbsxanadan kütləvi qaçış baş verib Ukraynanın Odessa bölgəsində Cənub islah koloniyasından 15 məhbus qaçıb.
Region
27 May , 2019 13:32
Ukraynada həbsxanadan kütləvi qaçış baş verib

Ukraynanın Odessa bölgəsində Cənub islah koloniyasından 15 məhbus qaçıb.

“Report” xəbər verir ki, məlumatı “Dumskaya” yayıb.

Bildirilib ki, məhbuslar həbsxanada yanğın baş verəndən sonra qaçıblar.

Hazırda islah müəssisəsinin ətrafında təcili tibbi yardım, polis və xüsusi təyinatlılar cəmləşdirilib. 

Odessa əyaləti milli polisinin müşaviri bildirib ki, 500-ə yaxın məhbus koloniyada qiyam qaldıraraq barrikada qurub.

Son xəbərlər

Orphus sistemi