Odessada GUAM TNDL Rəhbər Komitəsinin 21-ci iclası keçirilib

Odessada GUAM TNDL Rəhbər Komitəsinin 21-ci iclası keçirilib GUAM Ticarət və Nəqliyyata Dəstək üzrə Layihənin həyata keçirilməsi üzrə Rəhbər Komitəsinin iclası Azərbaycanda keçiriləcək
Region
19 Dekabr , 2014 17:42
Odessada GUAM TNDL Rəhbər Komitəsinin 21-ci iclası keçirilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Dekabrın 17-18-də Odessa şəhərində GUAM təşkilatına üzv dövlətləri nümayəndələrinin və GUAM Katibliyinin iştirakı ilə Demokratiya və İqtisadi İnkişaf Təşkilatının (DİİT) Ticarət və Nəqliyyata Dəstək üzrə Layihənin (TNDL) həyata keçirilməsi üzrə Rəhbər Komitəsinin 21-ci iclası keçirilib.

"Report" xəbər verir ki, iclas iştirkaçıları DİİT-TNDL üzv dövlətlərində Ticarət və Nəqliyyata Dəstək üzrə Layihənin həyata keçirilməsinə dair məsələləri, "GUAM təşkilatına üzv dövlətlərinin sərhədlərindən daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili haqqında GUAM-a üzv dövlətlərinin gömrük idarələri arasında Protokol mətninin razılaşdırılması haqqında, eləcə də "GUAM-a üzv dövlətlərinin gömrük idarələri arasında mal və nəqliyyat vasitələrinin gömrük nəzarətinin ayrı-ayrı nəticələrinin qarşılıqlı qəbul olunması haqqında GUAM təşkilatına  üzv dövlətlərinin gömrük idarələri arasında Protokol" layihəsi ilə bağlı məsələni müzakirə ediblər. 

İclas iştirakçşıları Azərbaycan tərəfinin "Time Release Study" Ümumdünya Gömrük Təşkilatının metodologiyası üzrə layihənin milli səviyyədə tətbiq olunması haqqında məlumatı dinləyiblər. 

TNDL Rəhbər Komitəsinin növbəti iclası 2015-ci ilin birinci yarımilliyində Azərbaycanda keçiriləcək. İclasın keçirilməsinin vaxtı və yeri diplomatik kanallarla razılaşdırılacaq.  

Son xəbərlər

Orphus sistemi