Nursultan Nazarbayev: “Terrorçulara qoşulan şəxs dərhal Qazaxıstan vətəndaşlığından məhrum edilir”

Nursultan Nazarbayev: “Terrorçulara qoşulan şəxs dərhal Qazaxıstan vətəndaşlığından məhrum edilir” Onun sözlərinə görə, hazırda terrorçu İŞİD qruplaşmasının sıralarında Qazaxıstanadan olan 500-600 nəfər var
Region
11 Aprel , 2017 11:31
Nursultan Nazarbayev: “Terrorçulara qoşulan şəxs dərhal Qazaxıstan vətəndaşlığından məhrum edilir”

Bakı. 11 aprel. REPORT.AZ/ “Qazaxıstan qanunvericiliyinə əsasən, vətəndaşımız ölkədən gedib, hansısa ekstremist və terrorçu təşkilatın sıralarına qoşularsa, dərhal vətəndaşlıqdan məhrum edilir. Ona görə də həmin şəxs artıq Qazaxıstana geri dönə bilməz”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Mir24” televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda terrorçu İŞİD qruplaşmasının sıralarında Qazaxıstan vətəndaşı olan 500-600 nəfər, keçmiş SSRİ ölkələrindən isə ümumilikdə 5 minədək insan var. 

Son xəbərlər

Orphus sistemi