Yuxarı

Nursultan Nazarbayev qızını Qazaxıstan baş nazirinin müavini təyin edib

Dariqa Nazarbayeva bu təyinatadək ölkə parlamentinin sədr müavini işləyib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev qızı Dariqa Nazarbayevanı ölkənin baş nazirinin müavini təyin edib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, ölkə prezidentinin sərəncamı ilə Dariqa Nazarbayeva baş nazirin müavini təyin edilib.

O bu vəzifədə Berdibek Saparbayevi əvəz edib. B.Saparbayev isə Aktübinsk vilayətinə başçı təyin edilib.

D.Nazarbayeva bu təyinatadək ölkə parlamentinin (Aşağı Palatanın) sədr müavini işləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi