Nursultan Nazarbayev gələn həftə Kazana gedəcək

Nursultan Nazarbayev gələn həftə Kazana gedəcək Rusiya prezidenti Vladimir Putinlə Nursultan Nazarbayev forumda iştirak edəcək
Region
30 Oktyabr , 2017 19:31
Nursultan Nazarbayev gələn həftə Kazana gedəcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev noyabrın 10-da Rusiyanın Kazan şəhərinə getməyi planlaşdırır.

“Report” CA-NEWS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan parlamentinin üzvü Maulen Aşimbayev bildirib.

Onun sözlərinə görə, Tatarıstanla Qazaxıstan arasında sıx əməkdaşlıq var: “Bizim prezident noyabrın 10-da gələcək əməkdaşlığı müzakirə etmək üçün Kazana səfər edəcək”, -deyə Aşimbayev Qazaxıstan parlamenti ilə Rusiya dövlət duması deputatlarının görüşündə vurğulayıb.

İnformasiyaya əsasən, Rusiya prezidenti Vladimir Putinlə Nursultan Nazarbayev noyabrın 9-da Qazaxıstan və Rusiya Regionlararası əməkdaşlıq forumunda iştirak edəcək. Forum Rusiyanın Çelyabinsk şəhərində təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi